11:03 - 27.03.2023
27 mart, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti bu həftə növbəti dəfə faiz qərarını açıqlayacaq.
ABC.AZ xəbər verir ki, AMB-nin uçot dərəcəsi ilə bağlı qərarı inflyasiyanı cilovlamaq məqsədi daşıyır. Ötən il AMB bu məqsədlə uçot dərəcəsini 100 baza bəndi artıraraq 8,25%-ə, bu il isə 25 baza bəndi artıraraq 8,50%-ə çatdırıb. Hazırda Mərkəzi Bankın uçot dərəcəsi 8.50%, faiz dəhlizinin aşağı həddi 6.75%, faiz dəhlizinin yuxarı həddi isə 9.5% təşkil edir.
Bununla belə, Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəfindən (4±2%) xeyli yüksəkdir. Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin fevral ayında inflyasiya ötən ilin fevral ayına nisbətən 14,1 faiz artıb. 2023-cü ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-fevral aylarına nisbətən 13,9 faiz yüksəlib. Bu isə Mərkəzi Bankın uçot dərəcəsini yenidən artırması ehtimalın yüksəldir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Dünya Bankı arasında Azərbaycanda Məcburi Köçkünlərin Həyat Şəraitinin Yaxşılaşdırılması Layihəsi üçün 2 milyon ABŞ dolları dəyərində saziş imzalanıb.
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023
2 İyun 2023