Azərbaycan neftin 2018-ci il dövlət büdcəsində təsbit edilən baza qiymətini 10 dollar artırır

12:22 - 22.06.2018


22 iyun, Fineko/abc.az. Azərbaycan hökuməti neftin 2018-ci il dövlət büdcəsində təsbit edilmiş baza qiymətini qaldırdı.

Maliyyə naziri Samir Şərifov Parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında bildirib ki, 2018-ci il dövlət büdcəsində təsbit edilmiş baza qiymət 10 dollar artırılaraq, 55 dollara çatdırılıb.

“Baza qiymətin 10 dollar artırılması nəticəsində Dövlət Neft Fondunun (ARDNF) büdcəsinə əlavə 5 milyard 600 milyon manat daxil olacaq”, - deyə nazir bildirib.

 

 

Bütün xəbərlər