Azərbaycanda iki Banka məxsus əmlaklar satışa çıxarılır

10:11 - 11.05.2023


11 may, Fineko/abc.az. Mayın 11-i saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan QSC “Bank Standard” KB-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq. 

ABC.AZ xəbər verir ki, daşınmaz əmlak Sumqayıt şəhəri, 5-ci mikrorayonda istifadədə olan 0,09 ha torpaq sahəsində yerləşən 6/33 nömrəli 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən ü/s 31,96 kv.m olan 1 otaqlı, 2 nömrəli mənzildir.

Daşınar əmlakların ilkin satış qiyməti 30 000 manatdır.

11 may 2023-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaq.

Daşınmaz əmlak Bakı şəhəri, Nərimanov rayonu, A.Heydərov küçəsi, ev 29 ünvanında yerləşən ü/s 50,5 kv.m olan 2 saylı mənzildir.

Daşınar əmlakların ilkin satış qiyməti 102000 manatdır.

Bütün xəbərlər