Kənd təsərrefatı nazirinin şirkətlərdəki vəzifələrini onlar idarə edəcək

11:41 - 16.05.2023


16 may, Fineko/abc.az. Rəhbəri kənd təsərrüfatı naziri təyin edilən “Agro Food İnvestments” MMC-nin (AFI) və onun strukturunda olan şirkətin bundan sonra kimin tərəfindən idarə ediləcəyi bəlli olub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Vahid Novruzov Vaqif oğlu aqrarşirkətin baş icraçı direktoru vəzifəsini icra edəcək.

Şirkətin baş icraçı direktoru Məcnun Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 aprel tarixli Sərəncamı ilə kənd təsərrüfatı naziri vəzifəsinə təyin edilib. V.Novruzov isə buna qədər Məcnun Məmmədovun müavini idi.

Məcnun Məmmədov həmçinin digər törəmə müəssisə olan “Grand-Agro”  MMC-nin rəhbəri idi və onun yerinə Tofiq Həmidov təyin edilib. Tofiq Həmidov buna qədər AFI-nin İdarə Heyətinin üzvi idi. Daha öncələr isə Moskvada yerləşən LLC “RZD International”da və Bakıda “ATEF Şirkətlər Qrupu” MMC-də çalışıb.

Bütün xəbərlər