Qadın sahibkarların xüsusi çəkisi artır - KOBİA sədri

12:20 - 17.05.2023


17 may, Fineko/abc.az. Azərbaycanda qadın fərdi sahibkarların xüsusi çəkisi getdikcə artmaqdadır.

ABC.AZ xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən "SHE Congress Baku, 2023. Own Your Life" tədbirində bildirib.

O qeyd edib ki, bu gün sahibkarlığa başlayan xeyli sayda qadınlarımız var.

"Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların xüsusi çəkisi 19 % civarında idisə, 2023-cü ilin aprel ayının statistikasına görə, bu nisbət 25 %-ə yaxınlaşıb. Bundan başqa, hüquqi şəxslərin təsisçiləri, eləcə də idarəçiləri arasında da kifayət qədər qadınlar var. Hazırda ölkəmizdə iqtisadi fəal əhalinin 49 %-ni qadınlar təşkil edir", - deyə o qeyd edib.

Bütün xəbərlər