“Azenco”nun sədri vəzifəsindən azad edildi

17:31 - 18.05.2023


18 may Fineko/abc.az. “Azenco” ASC-nin İdarə Heyətinin (İH) sədri Vüqar Əliyev vəzifəsindən azad edilib.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə holdinqin səhmdarları qərar qəbul edib.

Qərara əsasən, onun yerinə Pərviz Hacıyev təyin olunub.

O, vaxtilə "PAŞA Holdinq" MMC-nin törəmə strukturu olan "PMD Group" MMC-də rəhbər vəzifələrdə çalışıb, 2022-ci ildən "Azenco"nun İH sədrinin müavini olub.

Bütün xəbərlər