Azərbaycan hökuməti və Parlament 2018-ci il dövlət büdcəsinə düzəlişlər edib

17:02 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Bu gün Azərbaycan Parlamentinin növbədənkənar iclası keçirilib.

İclasda ölkə büdcəsinin düzəlişi təsdiq edilmişdir. Düzəlişi Azərbaycanın maliyyə naziri Samir Şərifov təqdim edib.

“2018-ci ilin düzəliş edilmiş dövlət büdcəsinin gəlirləri 22,11 milyard manat, xərcləri 23,061 milyard manat həcmində nəzərdə tutulur. Büdcənin gəlir hissəsi ÜDM-in 29,6%-ni təşkil edəcək. Dövlət büdcəsində neftin qiyməti 45 dollardan 55 dollara qədər artırılıb”, - nazir belə deyib.

 

Bütün xəbərlər