Azərbaycanda Toxumçular Assosiasiyası yaradılacaq

06.07.2018,12:57


6 iyul, Fineko/abc.az. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi özəl toxumçuluğun mövcud problemlərini aradan qaldırmaq istiqamətində tədbirlər görür və Toxumçular Assosiasiyası yaratmağı planlaşdırır.

Nazirliyin məlumatında deyilir ki, özəl toxumçuluğun inkişafı Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin icra etdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi”ndə nəzərdə tutulub. 

“Layihə, özəl toxumçuların bilik və bacarıqlarının artırılması, yeni innovativ metodlarla tanış olması, ilkin toxum təmizləmə avandalıqlarının alınmasında maliyyə dəstəyi göstərilməsini nəzərdə tutur”, - məlumatda belə deyilir.

Nazirlikdən xəbər verildi ki, özəl toxumçuların texnika və avadanlıqlara olan ehtiyaclarının müəyyənləşdirilməsinə, özəl toxumçuluğun inkişaf etdirilməsində mövcud problemlərin müzakirəsinə başlanıb.

 

Açar sözlər: Toxumçular