Azər Türk Bankdan ad günü münasibətilə möhtəşəm kampaniya

15:31 - 9.07.2018


2018-ci il iyul ayının 11-də dövlət bankı Azər Türk Bank-ın fəaliyyətinin 23 ili tamam olur. Bununla əlaqədar olaraq, Bank “Bizimlə yüksəl” adlı yeni kampaniyaya start verir.

9-31 iyul tarixlərii arası 23 gün davam edəcək kampaniya çərçivəsində Bankın mövcud və potensial müştəriləri xüsusi güzəştlərlə pərakəndə bank məhsulları əldə edə biləcəklər.

Belə ki, kampaniya müddəti ərzində milli valyutada cəlb edilən bütün növ əmanətlərin faizləri 1,1% artırılır. Kampaniya zamanı müraciət edən müştərinin ad günü iyul ayına təsadüf edərsə, həmin şəxsin milli valyutada qoyduğu  bütün növ əmanətlər üzrə faiz dərəcələri 1,5% artırılacaqdır.

Bundan əlavə, istehlak kreditlərinin rəsmiləşdirilməsi zamanı ad günü iyul ayında olan müştərilərdən komissiya (1%) tutulmayacaq.

Plastik kartın alınması üçün müraciət edən iyul doğumlu  müştərilərə isə Bank tərəfindən MC Gold kartı hədiyyə edilir.

23-cü ildönümünü qeyd edən Azər Türk Bankplastik kart əldə etmək istəyənlər üçün misilsiz endirimlər təklif edir. Kampaniya müddətində MC GoldMC Platinum  kartlarını sifariş edən şəxslər qiymətin yalnız 23 faizini ödəyəcəklər. Qeyd edək ki, plastik kartları banka gəlməklə, yaxud  http://azerturkbank.az/online/card/ saytından onlayn sifariş vermək mümkündür.

Kampaniya haqqında daha ətraflı məlumatı  www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz

 

Bütün xəbərlər