Bakı Metropoliteni işıq problemləri səbəbindən işləmir

17:30 - 12.07.2018


12 iyul, Fineko/abc.az. Bu gün yenidən Bakıda enerji təchizatı ilə bağlı problemlər yaşanır.

Bakıda elektrik təchizatı Ağsu rayonunda elektrik ötürücü xətlərin birinin altında baş vermiş yanğınla bağlı qismən dayandırılıb.

Enerji təchizatı ilə bağlı problemlər, əlbəttə ki,  paytaxt metrosunun fəaliyyətinə təsir etdi.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  bildirib ki, bənövşəyi xətt üzrə hərəkət (metronun “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları), gərginlik səviyyəsinin kifayət qədər olmaması ilə bağlı saat 16:10-da dayandırılıb. Saat 16.30-da hərəkət bərpa edilib.

 

Bütün xəbərlər