“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Məmmədli kəndi

25.07.2018,14:47


25 iyul, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaş amilinə əsaslanan “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı kampaniyasının növbəti ünvanı Abşeron rayonu, Məmmədli kəndi olacaq. Belə ki, sakinlər 30 iyul - 3 avqust tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonu, Məmmədli kəndi, Əli Bayramov küçəsi 30 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərində daşınmaz əmlakla bağlı bütün növ qeydiyyat xidmətlərindən faydalana bilərlər.

Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya hazırda Saray qəsəbəsində, V.Axundov küçəsi, 28 ünvanında vətəndaşlara xidmət göstərir. Bu kampaniya 27 iyuladək davam edəcək.