Azərbaycan toxumçuluq sahəsində Türkiyə təcrübəsini tətbiq edəcək

13:13 - 3.08.2018


3 avqust, Fineko/abc.az. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu və Türkiyənin Kənd Təsərrüfatı İşləri üzrə  Baş İdarəsi (TİGEM) niyyət protokolu imzaladılar.

Protokol Bakıda “Türkiyənin toxumçuluq sahəsində təcrübəsi, toxum ticarəti və qanunvericilik” mövzusunda praktik seminar çərçivəsində imzalanıb.

Protokolu Bakıda Dövlət Toxum Fondunun sədri Emin Əliyev və TİGEM-in baş direktoru İsmayıl Şanlı imzaladı.

İmzalanmış sənədin məqsədi Azərbaycanın aqrar sektorunda səmərəliliyin artırılması və innovasiyaların genişləndirilməsini təmin etməkdir.

 

Bütün xəbərlər