330x110
 

Bakıda Alman-Azərbaycan biznes forumu keçiriləcək

15.08.2018,11:16


15 avqust, Fineko/abc.az.  Oktyabrın 9-da Bakıda Alman-Azərbaycan biznes forumu keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) verdiyi məlumatda deyilir ki, forum Almaniyanın Şərq Komitəsi və Şərqi Avropa İqtisadi Birliyinin dəstəyi ilə keçiriləcək.

“Biznes forumun məqsədi Alman şirkətləri və onların Azərbaycanlı tərəfdaşlarının layihələrinin təqdimatı, işgüzar əməkdaşlıq üçün imkanların müəyyən edilməsidir. Forumun əsas mövzusunu Enerji və İnformasiya-Kommunikasiya Texnologiyaları sahəsində islahatlar və bu sahələrdə perspektivlər təşkil edəcək”, - məlumatda belə deyilir.

 

Açar sözlər: biznes forum