Bakıda aşağı xidmət keyfiyyəti səbəbindən altı paytaxt marşrutu müsabiqəyə çıxarılıb

17.08.2018,12:44


17 avqust, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtın avtobus  marşrutlarının xidməti üzrə müsabiqə elan edib.

BNA-in məlumatında deyilir ki, müsabiqəyə 49, 50, 64, 136, 160 və 171 nömrəli marşrutlar çıxarılıb.

“BNA mütəxəssisləri vətəndaş müraciətləri əsasında həmin marşrut xətləri üzrə təhlillər aparıb və bir sıra çatışmazlıqların olduğunu müəyyən edib. Sərnişindaşıma  xidmətlərinin keyfiyyətinin artırılması məqsədi ilə, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb”, - məlumatda belə deyilir.

Müsabiqədə iştirak etmək istəyənlər BNA-ya müraciət edə bilərlər.

 

Açar sözlər: BNA