12:31 - 24.08.2018
24 avqust, Fineko/abc.az. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın icrası üzrə ekspert şurası bu ilin oktyabr ayında yaradıla bilər.
Bu barədə, Rusiya Federasiyası Prezidentinin Xəzər dənizi regionu ölkələri ilə humanitar və iqtisadi məsələlərə dair əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov Moskvada keçirilən Xəzər sammitinin yekunları və regionun inkişaf perspektivləri ilə bağlı dəyirmi masada açıqladı.
“Mən, xüsusi nümayəndə kimi, Konvensiyanın yerinə yetirilməsi, onun ratifikasiyasının monitorinqi və bu məsələnin sürətləndirilməsi baxımından ekspert şurasını gücləndirməyə çalışacağam. Xəzəryanı ölkələrin deputatlarını bir araya gətirmək və Xəzər Parlamentlərarası Assambleyasının yaradılması məsələsini qaldırmaq məqsədəuyğun olardı. Bizimlə çalışan çox yaxşı mütəxəssislər var - onların diqqətini Konvensiyaya və onun ratifikasiyasına yönəltməliyik. Düşünürəm ki, sentyabr-oktyabr aylarında şura yaradıla bilər”, - R.Abdulatipov belə deyib.
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
23 Aprel 2024
24 Aprel 2024