AMB depozit hərracında 350 milyon manat cəlb etdi

11:48 - 27.08.2018


27 avqust, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib.

AMB-dan verilən məlumata əsasən, 27 avqust tarixində hərracda Bank 350 milyon manat cəlb edib.

“Depozit hərracında təklif  503,40 mln. manat, orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdir”, - AMB-dan  təqdim edilən məlumatda belə deyilir.

Vəsaitlər 14 gün müddətinə cəlb edilib.

 

Bütün xəbərlər