ARDNF oktyabr ayında valyuta hərraclarında $318 milyon satıb

17:06 - 3.11.2017


Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını qoruyub saxlamaqdadır.

Neft Fondundan  bildirildiyi kimi, oktyabr ayında hərraclarda $318 milyon həcmində valyuta satılmışdır.

Sentyabrda fond $252,2 milyon, avqustda $292,6 milyon, iyulda $253,2, iyunda $373,2 milyon, mayda $300,3 milyon, apreldə $220,8 milyon, martda $250 milyon,  fevralda $258,4 milyon, 2017-ci ilin yanvarında isə $285 milyon satmışdır.

2017-ci ildən etibarən fondun vəsaitləri valyuta bazarında dolayısı ilə, yəni  maliyyə sabitliyinin dəstəklənməsi üçün ARDNF büdcəsindən Mərkəzi Banka transfert çərçivəsində iştirak edir. 

 

Bütün xəbərlər