Yaponiya Xarici İşlər naziri Azərbaycana rəsmi səfər edəcək

11:47 - 4.09.2018


4 sentyabr, Fineko/abc.az. Yaponiyanın Xarici İşlər naziri Taro Kono 5-6 sentyabr tarixlərində Azərbaycana rəsmi səfər edəcək.

Səfər çərçivəsində Taro Kononun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Yaponiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur. Mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 5 sentyabr tarixində saat 11:00-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

 

Bütün xəbərlər