Sentyabrın 7-nə olan hava haqqında məlumat

06.09.2018,13:54


6 sentyabr, Fineko/abc.az. Sabah, sentyabrın 7-də Bakıda və Abşeronda hava yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-23, gündüz 28-32,  Bakıda gecə 20-22, gündüz 29-31 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 65-75%, gündüz 40-45% təşkil edəcək.

Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) sabah dəniz suyunun temperaturu 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 25-26 dərəcə isti təşkil edəcək. Şimal-şərq küləyi əsəcək.

Azərbaycanın rayonlarında sentyabrın 7-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşama doğru bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.