Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protokol sektorunun müdiri təyin olundu

14:35 - 2.10.2018


2 oktyabr, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub.
Nazirlikdən məlumat verildi ki, Nigar Məmmədova Nazirliyin  Protokol sektorunun müdiri təyin olunub. 

Nigar Məmmədova əmək fəaliyyətinə 2001-ci ildə Azərbaycan Respublikasının Vergilər Nazirliyində başlayıb. Beynəlxalq vergi münasibətləri idarəsində müxtəlif vəzifələrdə, 2003-2014-cü illərdə Vergilər Nazirliyin Protokol şöbəsinin rəisi vəzifəsində çalışıb, vergi xidməti müşaviri rütbəsinə yüksəlib.

Bütün xəbərlər