Bakıda ilk asma piyada keçidi tikilir

02.10.2018,17:41


2 oktyabr, Fineko/abc.az. Bakıda ilk dəfə asma piyada keçidi tikilir.
Dövlət Avtomobil Nəqliyyatı Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, asma piyada keçidi Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində (Şamaxinka adlanan sahədə) tikilir. 

“Üç giriş və üş çıxışı olacaq keçidin ümumi uzunluğu 134 m təşkil edəcək. Keçid,  Moskva prospektindəki avtomobil tunelinin üstündən keçəcək. Keçidin  yer səthindən hündürlüyü 6 metr, eni isə 3,5 metr olacaq”, - deyə A. Nəcəfli bildirib. 

Dövlət agentliyinin mətbuat xidmətinin rəhbəri deyib ki, yeni asma piyada keçidinin tikintisi 2019-cu ildə tamamlanacaq.

Açar sözlər: asma piyada keçidi