Azərbaycanda Beynəlxalq Mühasiblər forumu keçirildi

04.10.2018,14:22


4 oktyabr, Fineko/abc.az. 2 Oktyabr 2018-ci ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assossiasiyası (ARPA) və Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Hyatt Regency otelində Forum keçirildi. “Azərbaycanda mühasibat uçotu üzrə yeni standartların tətbiqi: Problemlər və perspektivlər” mövzusunda təşkil olunan Forumda “Mühasibat uçotu üzrə Azərbaycan Respublikasının Qanunu”na edilən dəyişikliklərin iqtisadiyyatın müxtəlif sahələrinə təsiri, qanunun tətbiqi ilə bağlı nəzarət funksiyasının həyata keçirilməsi, ali təhsil müəssisələri üçün müvafiq sahədə peşəkar mütəxəssislərin yetişdirilməsinə xidmət edəntədris proqramlarının hazırlanması, peşəkar mühasiblərin sertifikasiyası və bu sahədə mövcud olan ən yaxşı dünya təcrübələrinin öyrənilməsi kimi məsələlər müzakirə edildi.

250 nəfərdən artıq iştirakçının iştirakı ilə baş tutan forumda Vergilər Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi, Dövlət Neft Şirkəti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universiteti və digər dövlət və özəl qurumların səlahiyyətli nümayəndələri məruzəçi qismində çıxış etdilər. Bundan əlavə, Dünya Bankının nümayəndələri ilə yanaşı, Bosniya-Hersoqovina, Polşa, Gürcüstan, Qırğızıstan kimi dövlətlərin peşəkar mühasib təşkilatlarının və ali müəssisələrinin  nümayəndələri əcnəbi spikerlər qismində Forumda çıxış etdilər.Vergilər Nazirinin Makroiqtisadi və İqtisadi Təhlil məsələləri üzrə müşaviri Xəqani Abdullayev, Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva, Dünya Bankının ölkə üzrə nümayəndəsi Naveed Hassan Naqvi və ARPA-nın İdarə Heyətinin Sədri Rüfət Mahmud Forum iştirakçıları salamlayaraq tədbirin açılışını elan etdilər və mühasibat uçotu sahəsində mühüm dəyişikliklərin əhəmiyyəti və zəruriliyindən bəhs etdilər. Onların nitqini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımovun “Yeni dəyişikliklərin müxtəlif biznes sahələrinə təsiri” mövzusunda məruzəsi izlədi.Süleyman Qasımov çıxışında mühüm məqamlara toxunaraq Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyinin uçot siyasətinin uyğunlaşdırılmasının vacibliyini vurğuladı.

Forumda Təhsil Nazirliyi təmsil edən nümayəndə Vüsalə Qurbanova yeni dəyişikliklərə müvafiq olaraq mühasibat uçotu üzrə tədris proqramlarının hazırlanmasında ali təhsil müəssisələri tərəfindən tədris proqramlarına dair təkliflərin Təhsil Nazirliyinə təqdim olunmasını təqdirəlayiq hesab etdiklərini bildirdi.

Mühasibat uçotu sahəsində dünya təcrübəsindən bəhs edən Yelena Misita Bosniya-Hersoqovina misalında üzləşdikləri çətinliklərdən danışdı və mühasib birliklərinin bu keçidin asan təmin olunmasında rolundan danışaraq Dünya Bankının dəstəyi ilə ARPA-nın bu sahədə xidmətlərinin əvəzsiz olduğunu qeyd etdi. Tədbirin sonunda Dünya Bankının Maliyyə Hesabatlılığı üzrə İslahatlar Mərkəzinin nümayəndəsi Alfred Borgonovo ölkə mühasibləri arasında təcrübə mübadiləsinə nailolmaq üçün vahid platforma rolunu oynayan bu tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini və növbəti illərdə də təşkil olunacağına ümid etdiyinibildirdi.

Açar sözlər: ARPA