Azərbaycan neftinin qiyməti 87,51 dollar təşkil edir

11:17 - 5.10.2018


5 oktyabr, Fineko/abc.az. “Azəri Light” markalı neftin bir barelinin qiyməti  0,55 dollar (0,63%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin qiyməti bir barelə 87,51 dollar təşkil edir.

“NYMEX” birjasında  “WTI” markalı neftin noyabr fyuçersinin qiyməti  4 oktyabr   tarixində keçirilən ticarətin nəticəsində 2,08 dollar (2,72%) enərək  bir barelə 74,33 dollar təşkil etmişdir.

“ICE” birjasında “Brent” markalı neftin dekabr fyuçersinin qiyməti 4 oktyabr  tarixində keçirilən ticarətin nəticəsində 1,71 dollar (1,98%) enərək  bir barelə 84,58 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi hazırda 10,25 dollar təşkil edir.

 

Bütün xəbərlər