“PAŞA Bank” bütün korporativ müştərilərə yalnız yeni “Landmark” filialında xidmət göstərəcək

15.10.2018,12:58


15 oktyabr, Fineko/abc.az. Bakıda Azərbaycanda ən iri banklardan biri olan “PAŞA Bank” ın yeni, “Landmark” filialının rəsmi açılışı olub.

PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş Əməliyyat inzibatçısı Cəlal Orucov qeyd edib ki, bundan sonra bankın bütün filiallarında universal bank xidmətləri göstəriləcək.

“Müştərilərimizin istəklərini nəzərə alaraq, həm yeni, həm hazırda fəaliyyət göstərən filiallarda korporativ sektor və kiçik və orta sahibkarlıq nümayəndələri, eləcə də PAŞA Bankın əməkhaqqı kart sahibləri olan fiziki şəxslərə xidmət göstəriləcək. Bankın bütün filiallarında olduğu kimi “Landmark” filialında da müştərilərimizin hər birinə fərdi yanaşma göstəriləcək», - deyə C. Orucov qeyd etmişdir.

Yeni filialın istifadəyə verilməsi çərçivəsində PAŞA Bankın “Port Baku” filialının fəaliyyətinin formatı dəyişdiriləcək. Operativliyin daha da gücləndirilməsi və göstərilən xidmətin keyfiyyətinin artırılması çərçivəsində bu filialda xidmət ilə təmin olunan korporativ müştərilərə “Landmark” filialında xidmət göstəriləcək. Bankın “Port Baku” filialında Private Banking müştərilərinə, eləcə də PAŞA Bank əməkhaqqı kartlarına sahib olan fiziki şəxslərə xidmət göstəriləcək.

PAŞA Bankın yeni filialı Nizami küçəsi, 90E ünvanında, “Landmark I” biznes mərkəzində yerləşir.