"Kasperski Laboratoriyası" Azərbaycan neft və qaz sənayesini kiber cinayətkarlardan qorumaq istəyir

11:00 - 1.11.2018


1 noyabr, Fineko/abc.az.  "Kasperski Laboratoriyası" Azərbaycanda fəaliyyətini genişləndirmək istəyir.
"Kasperski Laboratoriyası" şirkətinin vitse-prezidenti Anton Şinqaryov Bakıda jurnalistlərə bildirib ki, şirkət Rusiyada qaz və neft sənayesi ilə sıx əməkdaşlıq edir və demək olar ki, Rusiyanın bütün neft və qaz şirkətləri Laboratoriyanın müştəriləridir.
"Rusiya şirkətləri ilə, xüsusilə olduqca  yeni və mürəkkəb olan sənaye təhlükəsizliyi sahəsində əməkdaşlıq edirik və mən əminəm ki, Rusiyada qazandığımız nailiyyətlər Azərbaycanda da, Dövlət Neft Şirkəti və digər neft-qaz şirkətləri ilə əməkdaşlıqda faydalı olacaqdır”, - deyə A. Şinqaryov bildirib.
Onun sözlərinə görə, "Kasperski Laboratoriyası" dünyanın bir çox ölkələrində, hətta Antarktidada da viruslardan  qoruyur və şirkətin ümumi iş həcmində Azərbaycanın payı az  olsa  da, güclü sənaye inkişafı nəzərə alınmaqla, ölkə şirkət üçün olduqca maraqlıdır. Belə ki, yalnız 9 ay ərzində Azərbaycanda 6 milyon hücum qeydə alınıb.

Bütün xəbərlər