Azərbaycanda aqrar məhsullarının ixracı 6,3 dəfə artıb

12:38 - 1.11.2018


1 noyabr, Fineko/abc.az. Azərbaycanda aqrar istehsalının artımı 2003-2017-ci illərdə 166,4% təşkil etmişdir.
Azərbaycan Kənd Təsərrüfatı nazirinin sözlərinə görə, həmin illər ərzində o cümlədən, bitkiçilik istehsalı 156,7%, heyvandarlıq isə 177,8% artmışdır.

“Yalnız 2018-ci ilin yanvar-sentyabr aylarında aqrar sektorun artımı 4,3% təşkil edib, o cümlədən bitkiçilik sektoru 5,8%, heyvandarlıq isə 2,7% artıb”, - nazir belə deyib.
 Onun sözlərinə görə, aqrar sektorunun artması həmçinin ixracın yüksək dinamikasına gətirib çıxardı.

“Belə ki, ötən 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı 6,3 dəfə artıb, o cümlədən meyvə və tərəvəz ixracı 10,4 dəfə artıb. Eyni zamanda səkkiz ay ərzində tərəvəz ixracı 8,4%, meyvə 32,5%, xam pambığın ixracı 2,2 dəfə artıb”, -  deyə İ.Kərimov bildirib.

Bütün xəbərlər