2018-ci ilin 10 ayı ərzində ARDNF 5,1 milyard dollar həcmində valyuta satıb

11:49 - 5.11.2018


5 noyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Fondu (ARDNF) yerli bazarda xarici valyuta satışlarının şəffaflığını davam etdirir.

ARDNF-nin məlumatına görə, 2018-ci ilin oktyabr ayında xarici valyuta hərraclarında Fond 489,6 milyon dollar satmışdır.

Sentyabr ayında 394,8 milyon dollar, avqust ayında 733,7 milyon dollar, iyul ayında 536,6 milyon dollar, iyun ayında 439 milyon dollar, may ayında 422,7 milyon dollar, aprel ayında 802,6 milyon dollar, martda - 647 milyon dollar, fevralda 364,1 milyon dollar, yanvarda isə 299,1 milyon dollar satılıb.

2018-ci ilin 8 ayı ərzində ARDNF hərraclarda 5,129,2 milyon dollar dəyərində valyutanı satıb.

ARDNF 2017-ci il ərzində hərraclarda 3,597,8 milyon dollar məbləğində valyuta satmışdır.

 

Bütün xəbərlər