Azərbaycan neftinin qiyməti qalxdı

10:58 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. “Azəri Light” markalı Azərbaycan neftinin qiyməti 0,8 dollar (1,08%) yüksəlib.

Hazırda “Azəri Light” markalı xam neftin bir barelinin qiyməti 74,65 dollar təşkil edir.

Keçən  ticarətin nəticəsində “NYMEX” birjasında  “WTI” markalı neftin dekabr fyuçersinin qiyməti  0,04 dollar (0,06%) düşərək bir barelə 63,10 dollar təşkil etmişdir. 

Keçən ticarətin nəticəsində “ICE” birjasında “Brent” markalı neftin 2019-cu ilin yanvar ayının fyuçersinin qiyməti  0,34 dollar (0,47%) yüksələrək bir barelə 73,17 dollar təşkil etmişdir.

“Brent” və “WTI” markaları  arasındakı qiymət fərqi bu gün 10,07 dollara bərabərdir.

 

Bütün xəbərlər