Dünya Bankı Azərbaycanda maliyyə sektorunun modernləşdirilməsi gedişatını öyrənir

11:55 - 6.11.2018


6 noyabr, Fineko/abc.az. Əmanətlərin Sığortalanması Fondunun (AƏSF) İcraçı direktorun vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Dünya Bankının missiyasını qəbul edib.

AƏSF-in məlumatında deyilir ki, maliyyə sektorunun modernləşdirilməsi layihəsinin ikinci mərhələsinin gerçəkləşdirilməsi çərçivəsində missiyaya Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojina rəhbərlik etmişdir.

“Görüşdə layihənin icrası və gələcək addımlar, həmçinin Azərbaycanda depozitlərin sığortası sahəsində həyata keçirilən islahatlar, effektivliyin təmin edilməsi, şəffaflıq və ləğv prosesinin sürətləndirilməsi üçün görülən tədbirlər müzakirə olunmuşdur”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, həmçinin Əmanətlərin Sığortalanması Fondunun Dünya Bankı ilə əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi müzakirə olunub.

 

Bütün xəbərlər