AZAL-ın top-menecerləri CEO Lunch Baku-nun fəxri qonağı olacaqlar

17:31 - 15.11.2018


15 noyabr, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti, AZAL sərnişin aviaşirkətinin icraçı direktoru Eldar Hacıyev Caspian European Club-un 2018-ci il noyabrın 27-də “Hyatt Regency Baku” otelində təşkil edəcəyi CEO Lunch Baku-da fəxri qonaq qismində iştirak edəcək. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

CEO Lunch Baku-nun fəxri qonaqları sırasında həmçinin Heydər Əliyev Beynəlxalq Hava Limanının direktoru Teymur Həsənov, “Azərbaycan Hava Yolları” QSC-nin sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin beynəlxalq münasibətlər üzrə köməkçisi Paşa Kəsəmənski, Azərbaycanın Milli Kulinariya Mərkəzinin (AMKM) prezidenti Tahir Əmiraslanov da yer alıb.

Telman Əliyevin sözlərinə görə, tədbir “Azərbaycan Hava Yolları” QSC  ilə əməkdaşlığının genişlənməsində maraqlı olan Caspian European Club-un üzvlərinin çoxsaylı müraciətləri əsasında təşkil olunacaq.

CEO Lunch Baku-da qeyri-rəsmi şəraitdə Klub-un üzv şirkət rəhbərlərinin özəl sektor ilə “Azərbaycan Hava Yolları” QSC arasında əməkdaşlığın genişləndirilməsi üzrə təklif və təşəbbüsləri müzakirə ediləcək. CEO Lunch Baku-nun iştirakçıları onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

CEO Lunch Baku yalnız şirkət rəhbərlərinin və nümayəndələrinin iştirak edə biləcəkləri qapalı tədbirdir. Qeydiyyat üçün Caspian European Club-un saytında aşağıdakı linkdə daxil olmaq lazımdır: http://caspianenergy.org/index.php/az/2018-01-09-13-22-37/ceo-lunch/item/147-ceo-lunch-baku-27-11-2018https-

CEO Lunch Baku-nun baş sponsoru “Azərçay” ticarət markasıdır.

2016-cı il dekabrın 24-də Caspian American Club, 2018-ci il yanvarın 26-da Caspian Asian Club təsis olunub. Hər iki təşkilat 2 il ərzində Caspian European Club-un idarə heyətinin üzvləri tərəfindən idarə olunacaq. Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik olaraq Caspian American Club və Caspian Asian Club-un, Caspian American Club və Caspian Asian Club-a daxil olanlar isə Caspian European Club-un üzvü hesab olunurlar.

Caspian European Club-un əsasını Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev qoyub.

Bütün xəbərlər