Azərbaycanın kənd təsərrüfatı sektorunun istehsalı 5% artıb

10:33 - 19.11.2018


19 noyabr, Fineko/abc.az. Azərbaycanda aqrar məhsullarının istehsalı artıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-oktyabr aylarında kənd təsərrüfatında istehsal, ötən ilin analoji dövrü ilə müqayisədə, 5% artıb.

“O cümlədən,  heyvandarlıq məhsullarının istehsalı 2,6%, bitkiçilik məhsullarının istehsalı isə 7,4% artıb”, - komitədən bunu bildiriblər.

 

Bütün xəbərlər