Azərbaycan və Belarus kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar

11:18 - 20.11.2018


20 noyabr, Fineko/abc.az. Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı və ərzaq sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov və Belarusun kənd təsərrüfatı nazirinin müavini Vladimir Qrakun imzalayıblar.

Bütün xəbərlər