İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib

21.11.2018,16:38


21 noyabr, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib.

Prezident İlham Əliyevi Türkmənistanın Baş nazirinin müavini, xarici işlər naziri Rəşid Meredov və digər yüksək vəzifəli şəxslər qarşıladılar.