Azərbaycan gündəlik neft hasilatını artırır

13:20 - 11.12.2018


11 dekabr, Fineko/abc.az. 2018-ci ilin noyabr ayında Azərbaycanda gündəlik neft hasilatı 801 min barel (oktyabrda isə 783 min barel) təşkil edib. Onlardan 733 min barel xam neft, 68 min barel kondensat hasil edilib.

Enerji Nazirliyinin məlumatına görə, noyabrda gündəlik 605 min barel xam neft, 68 min barel kondensat və 6 min barel neft məhsulları ixrac olunub.

2018-ci ilin yanvar ayında Azərbaycanda xam neftin gündəlik həcmi 814,6 min barel, fevralda - 806 min barel, martda - 794 min barel, aprel ayında 785,7 min barel, may ayında 801 min barel barel, iyun ayında 792 min barrel, iyulda 773 min barel, avqustda 774 min barel, sentyabrda 796 min barel, oktyabrda - 783 min barel təşkil edib.

2017-ci ildə gündəlik hasiat orta hesabla  781,9 min barrel təşkil etmişdir.

2016-cı ilin dekabrın 10-da  OPEC/NOPEC  ölkələrinin nazirlərinin iclası keçirilmişdir.  Görüşün nəticəsində  ölkələr ümumi hasilatın azaldılması barədə sazişə imza atıb. OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. NOPEC ölkələri neft hasilatını gündə 558.000 barelə azaldırlar. Eyni zamanda, Azərbaycan gündəlik neft hasilatını 35 min barel həcmində  azaldmağı öhdəsinə götürüb. Razılaşma 2017-ci ilin birinci yarısına imzalanıb və onun şərtlərinin uzadılmasını nəzərdə tutub.

OPEC / NOPEC ölkələri 2017-ci il mayın 25-də Vyanada 172 nazirlər konfransında qeyd edilən razılaşmanın  9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzadılması barədə razılığa gəliblər. Ölkələr, 30 noyabr 2017-ci il tarixində Vyana şəhərində keçirilmiş 173-cü nazirlər görüşündə 2018-ci ilin sonuna qədər razılaşmanı uzatmaq barədə razılığa gəlmişdir.

2017-ci il mayın 25-də Vyana şəhərində keçirilən 172 nazirlər toplantısında OPEC/NOPEC ölkələri müqaviləni 9 ay müddətinə (2018-ci ilin mart ayının sonuna qədər) uzatmağa razılaşdılar. 2017-ci il 30 noyabr tarixində Vyana şəhərində keçirilən 173 nazir görüşündə bu müqaviləni 2018-ci ilin sonunadək uzatmaq barədə razılığa gəldilər.

Dekabrın 7-də, Vyanada, OPEC ölkələri hasilat səviyyəsini 1,2 milyon barelə qədər azaltmağı qərara aldı. Azərbaycan gündəlik hasilatı 20 min barel azaldmağa söz verib.

 

Bütün xəbərlər