Yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 474,6 milyon manat təşkil edib

13:08 - 18.12.2018


18 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikası Maliyyə Nazirliyi 2018-ci ilin dövlət büdcəsinin gəlirlər və xərclər hissəsinin icrası üzrə operativ məlumatları təqdim edib.

Operativ məlumatlara görə, yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 20144,7 milyon manat, xərcləri isə 19670,1 milyon manat təşkil edib.

“Nəticədə 474,6 milyon manat səviyyəsində büdcə profisiti formalaşmışdır ki, bu da ÜDM-in 0,7 faizini təşkil edir”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər