İlham Əliyev yüksək gərginlikli elektrik xətlərinin yenilənməsi üçün 10 milyon manat ayırıb

13:28 - 21.12.2018


21 dekabr, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev yüksək gərginlikli elektrik xətlərinin yenidən qurulması və təkmilləşdirilməsi tədbirləri haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Qobu yarımstansiyası üçün birləşdirici elektrik xəttinin tikintisi, 110 kV-lıq elektrik xəttinin yenidən qurulması üçün 2018-ci ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin fondundan “Azərenerji” ASC-nin nizamnamə kapitalının artırılması məqsədilə ilkin olaraq 10 milyon manat ayrılacaq.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğin maliyyələşdirilməsi tapşırılıb.

 

 

Bütün xəbərlər