2018-ci ildə Azərbaycanda dövlət əmlakının təxminən 600 obyekti özəlləşdirilib

13:23 - 8.01.2019


8 yanvar, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi 2019-cu ildə dövlət əmlakının özəlləşdirilməsi üzrə ilk hərrac keçirib.

Komitənin məlumatına görə, bu günki hərracda dövlət əmlakının 15 obyekti özəlləşdirilib.

“Bu günki hərracda investorlara 5 kiçik dövlət müəssisəsi və obyekti, 9 qeyri-yaşayış sahəsi və 1 tamamlanmamış tikili təqdim olunub”, - məlumatda  belə deyilir.

2018-ci ildə Azərbaycanda dövlətə məxsus 600-ə yaxın obyekt özəlləşdirilib.

 

Bütün xəbərlər