“The Boston Consulting Group” İTS-in keyfiyyətli idarə edilməsində Azərbaycana yardım edə bilər

16:29 - 23.01.2019


23 yanvar, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Davosda “The Boston Consulting Group” şirkətinin prezidenti və baş direktoru Riç Lesser ilə görüşüb.

Görüş zamanı Riç Lesser bildirdi ki, “The Boston Consulting Group” rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində müxtəlif həll variantları işləyib hazırlayan qlobal şirkətlərdən biridir, Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu söylədi.

“The Boston Consulting Group” həm dövlət qurumlarının, həm də özəl şirkətlərin fəaliyyətində, səhiyyə, icbari tibbi sığorta (İTS) və digər sahələrdə daha yüksək idarəçiliyi təmin edəcək rəqəmsal həll variantlarına malikdir. Azərbaycanda bu həll variantlarının tətbiqi həm yeni iş yerlərinin yaradılmasına səbəb olacaq, həm də Prezident İlham Əliyevin həyata keçirdiyi idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsinə mühüm töhfə verəcək”, - R.Lesser belə dedi.

Prezident İlham Əliyev “The Boston Consulting Group” şirkətinin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirdi. Dövlət başçısı Azərbaycanın müxtəlif dövlət və özəl şirkətlər ilə əməkdaşlığın, biznes mühitinə dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirdi.

 

Bütün xəbərlər