Azərbaycan Mərkəzi Bankının notlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

15:56 - 21.11.2017


21 noyabr, Fineko/abc.az. Bakı Fond Birjası Azərbaycan Mərkəzi Bankının (AMB) qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.

Birjanın xəbərində deyildiyi kimi, hərrac 22 noyabr tarixində keçiriləcək.

“Hər birinin nominal dəyəri 100 manat olan, ümumilikdə 200 milyon manat həcmində notlar hərraca çıxarılacaq. Notların tədavül müddəti 28 gün təşkil edəcək”, - xəbərdə belə deyilmişdir.

 

Bütün xəbərlər