2019-cu ildə Tatarıstan ilə Azərbaycan arasında birbaşa uçuşlar təşkil olunacaq

13:03 - 1.02.2019


1 fevral, Fineko/abc.az. “Begişevo” (Tatarıstan) beynəlxalq hava limanı 2019-cu ildə Azərbaycana uçuşlar təşkil etməyi planlaşdırır.

Hava limanının məlumatında bildirilir ki, 2018-ci il, xidmət olunan sərnişinlərin sayı - 777,263 min nəfər, illik 32% artımla Begişevo  üçün rekord il olub.

“2019-cu ildə hava limanı cədvəldə mövcud olan uçuşlara diqqət yetirmək, Antalyaya uçuşların tezliyini artırmaq, cədvələ İstanbula müntəzəm uçuşa qayıtmaq və Azərbaycan və Özbəkistana iki yeni reys açmaq niyyətindədir”, - məlumatda belə deyilir.

Eyni zamanda, hava limanı,  Azərbaycana məhz hansı aviaşirkətin  uçuşlar təşkil edəcəyi və uçuşların başlanacağı tarixləri açıqlamır.

 

Bütün xəbərlər