Rusiya və Hindistan Şimali-Cənub dəhlizinin birgə inkişafı barədə razılığa gəliblər

11:21 - 4.02.2019


4 fevral, Fineko/abc.az. “RDY Logistika” Səhmdar Cəmiyyəti  və Hindistanın ən iri dəmir yolu konteyner daşımaları operatoru “Concor” korporasiyası anlaşma memorandumu imzalayıblar.

“RDY Logistika” SC-in məlumatında deyilir ki, SC tərəfindən memorandumu baş direktor Vyaçeslav Valentik, “Concor” korporasiyası tərəfindən isə şirkətin idarə heyətinin sədri və idarəçi direktoru Kalyana Rama imzaladılar.

“Sənəddə, beynəlxalq nəqliyyat dəhlizləri, xüsusilə də Şimal-Cənub BND daxil olmaqla, Rusiyada və Hindistanda birgə loqistika layihələrinin inkişaf etdirilməsi üzrə imkanların öyrənilməsi nəzərdə tutulur”, - məlumatda belə deyilir.

Əldə edilən razılaşmaya əsasən, tərəflər ilk növbədə Rusiya-Hindistan logistika əməkdaşlığının yaxşılaşdırılması, ölkələr arasında konteyner daşımaları sahəsində perspektivli layihələrin inkişaf etdirilməsi, eyni zamanda, nəqliyyat operatoru “RDY Logistika” olan  Şimal-Cənub BND marşrutunun səmərəliliyinin daha da yaxşılaşdırılması məqsədi ilə yüksək keyfiyyətli logistika xidmətləri inkişaf etdirmək üçün birgə işlərin təşkili məqsədi daşıyırlar.

“Concor ilə tərəfdaşlıq beynəlxalq ticarət üçün yeni birgə logistika məhsulları yaratmaqla Rusiya Dəmir Yollarının avrasiya multimodal logistika bazarında mövcudluğunu gücləndirmək üçün strateji perspektivlər açır. Rusiya ilə Hindistan arasındakı ticarət dövriyyəsi artmaqdadır və hər iki ölkə Avrasiya bazarının ən vacib nəqliyyat arteriyalarından birinə çevrilən və ölkələrimiz arasında daha sıx birləşməyə yardım edən “Şimal-Cənub” BND perspektivli layihə daxil olmaqla, müasir logistika xidmətlərinin inkişafında maraqlıdır”, - deyə Vyaçeslav Valentik bildirib.

 

Bütün xəbərlər