Pərviz Şahbazov XXII Avrasiya İqtisadi Sammitində iştirak edəcək

16:42 - 5.02.2019


5 fevral, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov fevralın 6-7-də İstanbulda keçiriləcək XXII Avrasiya İqtisadi Sammitində iştirak edəcək.

Energetika Nazirliyinin məlumatına görə, sammitdə nazir “Azərbaycanın enerji potensialı və rəqəmsal enerji” mövzusunda təqdimatla çıxış edəcək.

Sammitdə dünyanın 40-a yaxın ölkəsindən hökumət nümayəndələri, keçmiş prezidentlər, nazirlər, millət vəkilləri, beynəlxalq təşkilatların nümayəndələri, ictimai və siyasi xadimlər iştirak edəcək. Sammit “Gələcəyə görə məsuliyyət” şüarı altında keçiriləcək.

 

Bütün xəbərlər