330x110
 

“Həzi Aslanov” stansiyasında eskalator təmirlə bağlı dayandırılıb

07.02.2019,17:07


7 fevral, Fineko/abc.az. “Bakı Metropoliteni”  QSC  metro stansiyalarında   planlı  təmirini davam etdiri.

QSC-in məlumatında deyilir ki, "Həzi Aslanov" stansiyasında 2 saylı eskalator əsaslı təmirə dayandırılıb.

“Eskalatorun əsaslı təmirinin may ayına qədər yekunlaşdırılması nəzərdə tutulub. Bu müddət ərzində sərnişinlər digər eskalatordan istifadə edə biləcəklər”, - deyə məlumatda bildirilir.