Hökumət Azərbaycanda 5 800 mikro biznesin yaradılmasına dəstək göstərib

11:57 - 18.02.2019


18 fevral, Fineko/abc.az. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünəməşğulluq proqramı vasitəsilə sahibkarlıq və əmək bazarının inkişafı üçün tədbirlər görməyə davam edir.

"Vergilər. Şəffaflıq. İnkişaf" forumu çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki,  yalnız 2018-ci ildə proqram hesabına 5,8 min mikro biznes müəssisəsi yaradılıb.

“6 minə yaxın mikro biznes müəssisəsinə dövlət dəstəyi tədbirləri nəticəsində illik inkişaf, ölkədə məşğulluğun inkişafına ciddi dəstəkdir və artıq bu tədbirlərin effektiv nəticələri var”, - nazir belə deyib.

 

Bütün xəbərlər