13:17 - 21.02.2019
21 fevral, Fineko/abc.az. “Qazprom Neft” 2030-cu ilə qədər yeni strategiyanın əsas yazılışına bir barel neftinin orta qiyməti 60 dollar səviyyəsində təyin edir.
Digər yazılışlarda qiymət bir barelə 40 dollar - 90 dollar arasında dəyişir. Bu barədə "Qazprom neft"in rəhbəri Vadim Yakovlev "Gazprom" jurnalına müsahibəsində bildirib.
"Bir neçə ssenarilər qiymətləndirilmişdir, çünki bizim, bazar perspektivlərinə baxışımız strategiyanın əsaslarıdır.Biz, hadisələrin ehtimal olunan variantlarını nəzərə alan və bir barel üçün 40 dollardan 90 dollara qədər müxtəlif qiymət səviyyələrinə uyğun olan bir sıra proqnozları nəzərdən keçirmişik. Hər bir ssenari üçün şirkətin inkişaf modeli var. Eyni zamanda baza variantı təxminən bir barelə 60 dollardır”, - deyə o bildirib.
Yakovlevin sözlərinə görə, əsas ssenariyə görə, neftə tələbat sabit şəkildə artacaq. Ötən ilin sonunda tələbat gündə 100 milyon bareldən artıq olmuşdursa, 2030-cu ilədək gündə ən azı 110 milyon barel təşkil etməlidir.
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024
24 Aprel 2024