"Tesla", elektrik avtomobillərin onlayn satışına tam keçidini açıqladı

11:48 - 1.03.2019


1 mart, Fineko/abc.az. Tesla şirkəti daha əvvəl söz verdiyi kimi, əsas “Model 3” elektrik avtomobilinin  pərakəndə qiymətini 35,000 dollara çatdırmaq üçün tamamilə onlayn satışa keçdi.

“Tesla”-dan verilən məlumata görə, bu gündən etibarən Model 3-in iki variantı 35 və 37 min dollara satılır. İkinci variantda, mühərrik enerjisinin yüklənməsi və gücü olmadan sürücülük məsafəsində 9% artım, həmçinin yeni salon nəzərdə tutulur. Bu üstünlüklər istehlakçıya yalnız 6% baha başa gələcək.

“Tesla, rentabelliyi qorumaqla belə qiymətlərə nail olmaq üçün dünyadakı məhsullarını yalnız onlayn rejiminə keçirir”, - deyə şirkət vurğulayıb və söz verib ki,  onun elektrik avtomobillərini Şimali Amerikada bir mobil telefonu zəngi ilə alınması təxminən bir dəqiqə çəkəcək. Müştəri narazı qaldığı halda avtomobilin geri qaytarılması  üçün ən çox yüddi gün tələb olunacaq.

Model 3 daha bahalı Model X və Model S'nin büdcəli versiyasıdır. Əsas komplektasiyasında maşın 220 mil (təxminən 350 km) enerji yükü almadan  gedə bilər. Onun maksimal sürəti 210 km / saatdır, 100 km / s-ə qədər sürətlənmə müddəti altı saniyədən az çəkir.

 

Bütün xəbərlər