“Azərkosmos”un peyk telekommunikasiya xidmətlərinin ixracı artıb

16:25 - 1.03.2019


1 mart, Fineko/abc.az. Yanvar ayında “Azərkosmos” ASC peyk telekommunikasiya xidmətlərinin (“Azerspace-1”) ixracından 1,1 milyon dollar gəlir əldə edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın fevral sayında deyilir.

Bildirilir ki, 2018-ci ilin müvafiq ayı ilə müqayisədə “Azərkosmos” ASC-nin xidmət ixracı 2,6 dəfə artıb. “Azərkosmos”un ötən ay xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya, Almaniya və Gürcüstan olub.

Bütün xəbərlər