330x110
 

“Qazprombank” Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat layihələrinə investisiya yatırmaq istəyir

12.03.2019,12:38


12 mart, Fineko/abc.az. “Qazprombank” Azərbaycan ilə əməkdaşlığın  əsas üç istiqamətini müəyyənləşdirdi.

“Qazprombank” SC-in İdarə Heyəti sədrinin müavini Aleksey Belous Bakıda bankın öz fəaliyyətini üç istiqamətdə inkişaf etdirmək niyyətində olduğunu bildirdi.

“Birinci istiqamət Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlığın davamıdır və bunun sayəsində SOCAR Polymer zavodunun tikintisində ilk layihəni həyata keçirə bildik. Biz, bununla kifayətlənməyi düşünmürük və gələcəkdə də oxşar layihələrə investisiya qoymağa hazırıq. İkinci istiqamət Azərbaycan bankları ilə əməkdaşlıqdır, çünki orta biznes sahəsində layihələrin həyata keçirilməsi yerli banklarla əməkdaşlıq etmədən mümkün deyil. Üçüncü istiqamət isə “Şimal-Cənub”, “Şərq-Qərb” və s. kimi beynəlxalq infrastruktur layihələrində iştirak etməkdir”, - deyə A. Belous bildirib.

Bakıda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və “Qazprombank” SC-nin dəstəyi ilə “Azərbaycanda investisiya layihələrinin həyata keçirilməsinə doğru: “Qazprombank” SC-in imkanları” mövzusunda Azərbaycan-Rusiya biznes seminarı keçirilir.