330x110
 

Bakı Bələdiyyəsi: Paytaxtda tullantıların idarə olunması və xaric edilməsi üzrə islahatlar avqust-sentyabr aylarında başa çatacaq

27.03.2019,13:48


27 mart, Fineko/abc.az. Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda sanitariya normalarına riayət səviyyəsindən narahatdır.

İcra hakimiyyətinin məlumatına görə, paytaxtın və onun rayonlarının sanitariya təmizliyinə həsr olunmuş, təsərrüfat və digər xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

“Görüşdə qeyd olunub ki, ümumi vəziyyət qənaətbəxşdir, lakin bəzi ərazilərdə, xüsusilə bir sıra qəsəbələrdə zibil tökümü də daxil olmaqla problemlər var. Belə ki, Yasamal rayonunun mənzil-kommunal təsərrüfat birliyinin rəhbəri Rüfət Əhmədova ciddi xəbərdarlıq edilib,  Suraxanı rayon icra hakimiyyəti başçısının Zıx qəsəbəsindəki nümayəndəsi Səfa İmanova töhmət verilib və Suraxanı rayonu hakimiyyətinə onun bu vəzifədə işinin davam etdirilməsi  məsələsinə baxmaq tövsiyyəsi verilmiş, Qaradağ birliyinin  rəhbəri Rasim Əhmədov yol verdiyi xətalara görə vəzifəsindən azad edilib”, - məlumatda belə deyilir.

Məlumatda bildirilir ki, bir sıra digər vəzifəli şəxslərə xəbərdarlıq edilib və çatışmazlıqların tamamilə aradan qaldırılması üçün bir aylıq müddət verilib. Yığıncaqda vurğulanıb ki, Bakıda məişət tullantıları üçün yeni konteynerlərin quraşdırılması işlərinin davam etdirilir. Paytaxtda tullantıların idarə olunması və xaric edilməsi üzrə islahatların həyata keçirilməsinin ilkin mərhələsi bu ilin avqust-sentyabr aylarında başa çatdırılacaq.