İlham Əliyev Şəki şəhərində su təchizatı sisteminin yenidən qurulması üçün 25 milyon manat ayırıb

16:59 - 10.04.2019


10 aprel, Fineko/abc.az. Azərbaycan prezidenti İlham Əliyev Şəki şəhərində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, sistemin yenidən qurulması üçün, 2019-cu ilin dövlət büdcəsinin investisiya xərclərindən “Azərsu” ASC-nə 25 milyon manat ayrılması nəzərdə tutulur.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləği maliyyələşdirmək, Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək həvalə edilib.

 

Bütün xəbərlər